Erməni politoloq: “Yeni müharibədən bizi yalnız o xilas edə bilər”

Eyni anda həm Rusiya, həm də Qərb formatlarında Ermənistan-Azərbaycan konfliktini həll etmək təhlükəli ola bilər.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Qarik Keryan deyib.

“Təxminən, bir ildir Ermənistan hakimiyyəti iki stulda oturmağa çalışır. Bir tərəfdən onlar Ermənistan-Azərbaycan-Rusiya formatını saxlayırlar, digər tərəfdən isə açıq-aşkar Brüssel və Vaşinqtondakı görüşlərdə iştirak edirlər. Bu, əvvəlki hökumətlərin komplementarizm siyasətinə bənzəyir”, – o bildirib.

Ekspert Fransanın Ermənistana kömək imkanlarının az olduğunu, çünki bu ölkənin Bakıya təsirinin sıfır səviyyəsində qaldığını bildirib. Keryana görə, indiki dönəmdə İrəvanı yeni müharibədən yalnız Rusiya, yəni Putin xilas edə bilər.

İlkin
Globalinfo.az