Ərdoğan ən güvəndiyi adamını ABŞ-a göndərdi

***
09:00

Türkiyə prezidentinin müşaviri İbrahim Qalın Vaşinqtona səfər edib.

Globalinfo.az xəbər verir ki, səfər çərçivəsində İbrahim Qalın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və dövlət katibinin müavini Viktoriya Nulandla görüşüb.

Görüş zamanı əsas müzakirə mövzusu ikitərəfli siyasi-iqtisadi məsələlər, müdafiə sənayesində əməkdaşlıq, enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü və Ukrayna müharibəsi olub.

Tərəflər həmçinin Ermənistanla Azərbaycan arasındakı danışıqlar prosesinə də diqqət ayırıblar.

İlkin Həsənov
Globalinfo.az