Ərdoğandan Maska və oğluna maraqlı hədiyyə – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda “Tesla” və “SpaceX”in yaradıcısı İlon Maskla görüşüb.

Globalinfo.az xəbər verir ki, Türkiyə Prezidenti görüş zamanı İlon Maska iki kitab hədiyyə edib.

Onlardan biri özünün yazdığı “Daha Ədalətli Dünya Mümkündür”ün ingiliscə versiyası, ikincisi isə Prezident ofisinin Kommunikasiyalar müdirliyi tərəfindən hazırlanan “BMT İslahatı: Beynəlxalq Əməkdaşlığa Yeni Bir Yanaşma” kitabıdır.

Həmçinin Türkiyə Prezidenti Maskın oğluna top bağışlayıb.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və bir sıra rəsmi şəxslər iştirak ediblər.

Ərdoğan İlon Maskı TEKNOFEST-də iştirak etməyə və “Tesla” maşınlarının 7-ci fabrikini Türkiyədə açmağa çağırıb.

Ayşən Mustafa
Globalinfo.az