Rusiya gözəli Moskvada baş verən terrorda öldü – FOTO

2001-ci ildə Rusiyanın Tver vilayətinin ən gözəl qızı seçilmiş Yekaterina Novoselova Moskvada “Krokus Siti Holl”da törədilən terror aktı zamanı ölüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə həmin il müsabiqənin təşkilatçısı olmuş “Şarm” model agentliyinin keçmiş direktoru Olqa Darqeviç RİA-ya bildirib.

Y.Novoselova “Miss Tver – 2001” titlunun sahibi olub.