
“Biz artıq Cənubi Qafqazda münaqişə deyil, sülh və sabitlik görmək istəyirik. Regionda davamlı sülhün əldə olunması hər kəs üçün qazanclı olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesi yaxından izlənilir:
“Prosesə lazımı dəstək də göstəririk. Sülhün əldə olunması həm Bakı və İrəvan, həm də Ankara üçün dəyərli olacaq. Həmçinin biz də Ermənistanla münasibətlərin normallaşması prosesindən keçirik. Həm sülh, həm də normallaşma proses tamamlandıqdan sonra bunun Türkiyəyə faydalarını görəcəyik. Yəni bu mövzuda heç bir narahatlıq yoxdur.
Zəngəzur dəhlizi sadəcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən quru əlaqəsi deyil, həmçinin Türkiyə üzərində Türk dünyasına uzanan bir inteqrasiya xəttidir. Bu dəhlizin qısa zamanda açılması həm də Cənubi Qafqazda kommunikasiya və enerji təminatını gücləndirəcək. Qonşu İranın da bölgəmizdə sülhə və tərəqqiyə xidmət edəcək bu addıma dəstək verməsini gözləyirik. Bu, “qazan-qazan” prinsipindən onların da faydalanmasını istəyərik. Atılan hər addım, açılan hər qapı, dəhliz iqtisadi qazanc təmin etməklə yanaşı, ölkələrin bir-biri ilə daha da yaxınlaşmasına imkan yaradacaq”.
Əliyar Xəlil
Globalinfo.az