Gürcüstanın hökumət başçısı İrakli Qaribaşvili və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü olub.
Globalinfo.az xəbər verir ki, bu haqda Gürcüstanın Nazirlər Kabineti məlumat yayıb.
Məlumatda bildirilib ki, İrəvanda keçirilən İqtisadi Komissiyanın iclasından sonra Qaribaşvili və Paşinyan Gürcüstan və Ermənistan arasında şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş prosesinə başlamaq haqqında saziş imzalayıblar.