tebessum

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın plastik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib. Bununla da lisenziyası ləğv edilən plastik cərrahların sayı 6-ya çatıb.

Globalinfo.az bildirir ki, Lent.az lisenziyası ləğv edilən daha bir plastik cərrahın kimliyini öyrənib.

O “Azər-Türk Med” klinikasında plastik cərrah kimi faliyyət göstərən Təbəssüm Qurbanovadır.

Təbəssüm Qurbanova bir müddət əvvəl əməliyyat zamanı canlı açdığı üçün medianın gündəminə gəlmişdi.

679895a21a5a2679895a21a5a31738053026679895a21a5a0679895a21a5a1 1738822706

Mediada yayılan məlumatlara görə, Təbəssüm Qurbanova “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun yaxın qohumudur.

Qeyd edək ki, bundan əvvəl plastik cərrahlar – Sevinc Heydərova, Bəhicə Kərimova, Rəna Quliyeva, Könül Ağamirova və Şövkət Əliyevanın da lisenziyalarının ləğv olunmasına dair xəbər vermişdik.

Bununla da lisenziyası ləğv olunan plastik cərrahların sayı 6-ya çatıb.

Paylaş: