
ABŞ-da yaşayan amişlər 21-ci əsrə rəğmən texnologiyadan uzaq duran icmadır.
Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə maraq görüntülər paylaşılıb.
Bildirilir ki, onların əksəriyyəti heydandarlıq və əkinçiliklə məşğul olurlar.
“Maşın əvəzinə at arabalarından, heyvandarlıq və əkinçilik üçün qədim üsullardan istifadə edirlər, çoxunun evində elektrik yoxdur. Amişlər 1700-cü illərdə inanclarını rahat yaşamaq üçün Avropanın təzyiqlərindən qaçıb ABŞ və Kanadaya köç ediblər. Əksəriyyəti Almaniya və İsveçrə mənşəlidirlər. Hazırda ABŞ-da yaşayan amişlərin sayı 400 min ətrafındadır. Ohayo, Pensilvaniya və İndiana ştatında nüfuzları daha çoxdur”, – deyə yayılan kadrlarda qeyd olunur.
Daha ətraflı videoda:
Günel Cəlil
Globalinfo.az