4639 zelenski yarin turkiyeye geliyor

Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda Roma Papası XIV Lev ilə görüşüb. Görüş zamanı Rusiya ilə müharibə, hərbi əsirlərin qaytarılması və ölkədən çıxarılan ukraynalı uşaqların taleyi ilə bağlı məsələlər müzakirə olunub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Yevropeyskaya pravda” məlumat yayıb.

Papa görüş zamanı Moskva və Kiyev arasında davamlı sülhə nail olunması üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb. O, aparılan diplomatik təşəbbüslərin ədalətli və uzunmüddətli sülh ilə nəticələnəcəyinə ümid etdiyini bildirib.

Danışıqlarda hərbi əsirlərin dəyişdirilməsi və oğurlanmış ukraynalı uşaqların ailələrinə qayıtmasının təmin olunması da əsas mövzulardan biri olub.

Переговоры Зеленского с понтификом: мир, пленные и украинские дети

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: