WhatsApp Image 2025 08 25 at 16.24.44

Ukraynada bir nəfər yaşadığı ərazidə müşahidə aparan Rusiyaya məxsus fiber optik dronu əlləri ilə parçalayıb. 

Globalinfo.az xəbər verir ki, o, yaxınlıqda dronun tərpənmədən ətrafı qeydə aldığını görüb, daha sonra onu ələ keçirib.

Həmin şəxs dronu parçalara ayıraraq zərərsizləşdirib. Hadisənin görüntüləri ərazidə müşahidə kamerasına düşüb və sosial şəbəkələrdə paylaşılıb.

Sözügedən video Rusiya, o cümlədən, dünya KİV və ictimaiyyətində maraqla qarşılanıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: