Dolların məzənnəsi necə dəyişəcək? – İstisadçı açıqladı

“ABŞ-da borc böhranı davam etsə də, Ağ Ev ilə qanunverici orqanın ilkin razılıq əldə etməsi barədə mesajlar gəlməkdədir. Belə ki, ABŞ prezidenti ilə Respublikaçı konqres Kevin Makkartinin hökumətin 31.4 trilyon dollarıq borc tavanının növbəti 2 il üçün uzadılması ilə bağlı razılığa yaxın olduğu bildirilir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

O bildirib ki, 23.32 tirlyon dollarlıq nominal ÜDM ilə ABŞ dünyanın əsas iqtisadi gücü olaraq qalır:

“Bu baxımdan Birləşmiş Ştatlardakı borc problemi qlobal iqtisadiyyata ciddi təsir göstərirdi. Doğrudur, dolların səbət valyutalara nisbətən məzənnəsində eniş müşahidə olunmurdu. Əksinə, dollar Avropa puluna nisbətən son həftə möhkəmlənmişdi.

Borc razılığının əldə edilməsi dolların əsas valyutalara nisbətən yenidən güclənməsinə səbəb ola bilər. Amma hələlik səbət valyutaların kurslarında ciddi volatillik gözlənilmir. Bununla belə, borc razılığı qlobal iqtisadiyyat üçün də yeni imkanlar yaradacaq”.

Zaira Akifqızı
Globalinfo.az