ABŞ noyabrın 9-da İrana qarşı hərbi əməliyyatları bərpa etmək ehtimalını nəzərdən keçirir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, bu məsələ ilə bağlı çərşənbə və cümə axşamı günləri Ağ Evdə məsləhətləşmələr keçirilib.
Mənbələrin bildirdiyinə görə, hərbi əməliyyatların noyabrın 9-da bərpası variantı nəzərdən keçirilir.
Belə ki, sözügedən tarixdə yeni ay mərhələsi olacaq. Mənbələrin iddiasına görə, Ay işığının olmaması hərbi əməliyyatların keçirilməsi üçün əlverişli şərait yarada bilər.
Əliyar Xəlil
Globalinfo.az