“Azərbaycan müstəqillik illərinin əvvəlindən qaçqın və məcburi köçkün axını ilə üzləşdi”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov WUF13 çərçivəsində keçirilən tədbirdə deyib.
O bildirib ki, 1994-cü ildə ölkə iqtisadiyyatı 1991-ci illə müqayisədə üç dəfə kiçilmişdi və bu, sosial-mənzil problemlərini daha da artırmışdı.
Nazirin sözlərinə görə, demoqrafik artım və sosial miqrasiya fonunda ölkədə hər 8 nəfərdən biri qaçqın və ya məcburi köçkün idi.
Zaira Akifqızı
Globalinfo.az