DÇ-2022: İsveçrə Serbiyaya qalib gəldi

İsveçrə Serbiyanı 3-2 məğlub etdi.

***

Froyler 48-ci dəqiqədə İsveçrəni hesabda önə çıxardı: 3-2.

***

Embolo 44-cü dəqiqədə hesaba tarazlıq gətirdi: 2-2.

***

Vlahoviç 35-ci dəqiqədə Serbiyanın ikinci qolunu vurdu: 2-1.

***

Mitroviç 28-ci dəqiqədə hesabı bərabərləşdirdi: 1-1.

***

Şakiri İsveçrəni hesabda önə çıxardı: 1-0.

***

Serbiya – İsveçrə qarşılaşması start götürdü.

***

Qətərdə keçirilən dünya çempionatının G qrupunun III turunda üz-üzə gələcək Serbiya və İsveçrə yığmalarının start heyətləri açıqlanıb.

Globalinfo.az-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Serbiya: Vanya Milinkoviç-Saviç, Strahinya Pavloviç, Miloş Velikoviç, Nikola Milenkoviç, Filip Kostiç, Saşa Lukiç, Andriya Jivkoviç, Sergey Milinkoviç-Saviç, Aleksandr Mitroviç, Duşan Tadiç, Duşan Vlahoviç

İsveçrə: Qreqor Kobel, Silvan Vidmer, Manuel Akanci, Fabian Şer, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Cerdan Şakiri, Cibril So, Bril Embolo, Ruben Varqas

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.