Riçarlison 74-cü dəqiqədə gözəl zərbə ilə özünün və komandasının ikinci qoluna imza atdı: 2-0.
***
Riçarlison 62-ci dəqiqədə Braziliyanı hesabda önə çıxardı: 1-0.
***
Dünya çempionatının G qrupunun ilk turunda Braziliya – Serbiya matçı start götürüb.
Görüşün canlı yayımını BURADAN izləyə bilərsiniz.
***
Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda üz-üzə gələcək Braziliya və Serbiya milli komandalarının start heyətləri açıqlanıb.
Globalinfo.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaq:
Braziliya: 1. Alisson Bekker, 2. Danilo, 3. Tyaqo Silva, 4. Markinyos, 5. Kazemiro, 6. Aleks Sandro, 7. Lukas Paketa, 9. Riçarlison, 10. Neymar, 11. Rafinya, 20. Vinisius Junior
Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 4. Nikola Milenkoviç, 5. Miloş Velikoviç, 8. Nemanya Qudeli, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç, 14. Andriya Jivkoviç, 16. Saşa Lukiç, 20. Sergey Milinkoviç-Saviç, 25. Filip Mladenoviç
Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.