Atışma oldu: 15 dekabrda razılaşma pozula bilər

***11:13

Kosovonun dekabrın 15-də Avropa Birliyinə üzvlük üçün müraciət etməsi Vaşinqton razılaşmasının pozulması olacaq.

Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Bu bizim üçün xoş hadisə deyil. Bu birbaşa Vaşinqton razılaşmasının pozulmasıdır ki, o da qarşı tərəfin razılaşmaya əməl etmək istəmədiyini göstərir. Düşünürəm ki, bu, çox pis qərardır”, – o bildirib.

Vuçiç AB-nin üzvü olan, amma Kosovonu tanımayan dövlətlərə məktub göndərəcəyini və onlardan buna mane olmalarını istəyəcəyini söyləyib. 

Qeyd edək ki, ötən gecə əsasən etnik serblərin yaşadığı Kosovanın şimalında polislə atışma olub. Atışma nəticəsində ölən və yaralananlar yoxdur.

İlkin
Globalinfo.az