Xankəndidən gələn ermənilər “Laçın” postundan keçdilər – YENİLƏNİB

 

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Gorus-Xankəndi istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

Globalinfo.az “Reporta istinadən xəbər verir ki, bu gün məntəqədən Gorus-Xankəndi istiqamətində BQXK-yə məxsus ümumilikdə 9 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nin üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümumilikdə 19 şəxs olub.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

***11:52

Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu gün məntəqədən növbəti dəfə 150-dən artıq şəxs Ermənistan istiqamətində sərbəst şəkildə keçid ediblər. Onlardan 100 yaşlı Lesmonya Arstamyan adlı qadının isə nəvəsi ilə ayrıca keçidinə şərait yaradılıb.

Keçid edənlər arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var.

Bütün şəxslərin əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

***10:08

Erməni əsilli şəxslərin BQXK vasitəsilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin olunub.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu gün bir qrup erməni əsilli şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobildə Xankəndidən gələrək, “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistanın Gorus rayonu istiqamətinə maneəsiz keçib.

Erməni əsilli 30 nəfərin Azərbaycandan Ermənistana keçməsinə şərait yaradılıb. Onlardan 9-nun səhhətində problemlər var.

Erməni əsilli şəxslərin BQXK-nın vasitəçiliyi ilə “Laçın” buraxılış məntəqəsindən sərbəst keçidi təmin olunub - FOTO
Erməni əsilli şəxslərin BQXK-nın vasitəçiliyi ilə “Laçın” buraxılış məntəqəsindən sərbəst keçidi təmin olunub - FOTO Erməni əsilli şəxslərin BQXK-nın vasitəçiliyi ilə “Laçın” buraxılış məntəqəsindən sərbəst keçidi təmin olunub - FOTO Erməni əsilli şəxslərin BQXK-nın vasitəçiliyi ilə “Laçın” buraxılış məntəqəsindən sərbəst keçidi təmin olunub - FOTO Erməni əsilli şəxslərin BQXK-nın vasitəçiliyi ilə “Laçın” buraxılış məntəqəsindən sərbəst keçidi təmin olunub - FOTO