Zəngəzur dəhlizi ilə bağlı müsbət siqnal gəldi – Proses başlayır

Bir neçə gün öncə Çində “Bir kəmər bir yol” beynəlxalq forumu keçirildi. Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizi bu yolun əsas hissəsi hesab edilir. Yol başlanğıcını isə Çindən götürür.

Çindəki forumun Zəngəzur dəhlizinin açıqlamasına hazırlıq olduğunu demək mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Çində keçirilən “Bir kəmər bir yol” beynəlxalq forumu birbaşa Zəngəzur dəhlizi ilə bağlı deyildi:

“Hazırda dünyada nəqliyyat dəhlizləri uğrunda mübarizə gedir. Bu baxımdan Zəngəzur dəhlizinin Rusiya və Çin arasında müzakirə edildiyini demək olar. Zəngəzur dəhlizi üç mühüm dəhlizdən biridir. Söhbət Şimal, Cənub və Orta dəhlizdən gedir. Orta dəhlizdə alternativ yollar olsa da, Zəngəzur dəhlizi ən mühüm və strateji yoldur.

Turab Rzayev 

Bu yol bu gün Rusiya, Çin, Aİ və Britaniyanın marağındadır. Hətta Paşinyanın son açıqlamalarından belə qənaətə gəlmək olar ki, yolun açılmasında Ermənistan da maraqlıdır. Lakin əsas məsələ Aİ və Ermənistanın Rusiyanın güclənməsini və yola nəzarət etməsini istəməməsidir.

Hesab edirəm, Çindəki forumdan sonra Zəngəzur dəhlizi ilə bağlı səylər daha da artacaq. Real proseslərin şahidi ola bilərik”.

Turan Rzayev
Globalinfo.az