tayvan 1

“Əgər kimsə Tayvanı Çindən ayırmağa cəsarət etsə, ordumuz hərəkət etmək üçün bir saniyə belə şübhə etməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Çin müdafiə naziri Li Şanfu deyib.

O, ABŞ-ı fəaliyyətində səmimi olmağa çağırıb.

Şanfu Tayvan məsələsinin Çinin maraqlarının əsasında durduğunu və onun daxili işi olduğunu bildirib:

“Tayvanın müstəqilliyi ilə bağlı separatçı fəaliyyət gücləndikcə Çinin də tədbirləri qətiyyətli olacaq. İstənilən xarici müdaxilə uğursuzluğa məhkumdur. Çin birləşməlidir və birləşəcək, çünki bu, zamanımızın tendensiyasıdır”.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: