633c96d109ba5633c96d109ba61664915153fe25cb3f632e345026df51a32e5c565f

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə Ceyhun Bayramov ABŞ Dövlət katibi Entoni Blinken və erməni həmkarı Ararat Mirzoyanla üçtərəfli telefon danışığı zamanı bildirib.

Nazir eyni zamanda, post-münaqişə dövründə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin reinteqrasiyası istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Paylaş: