Roma Papası Azərbaycan və Ermənistana çağırış etdi

Roma Papası Fransisk Azərbaycan və Ermənistanı dialoqa çağırıb. 

Globalinfo.az xəbər verir ki, Papa Fransisk bazar günü duası zamanı çıxışında bunu qeyd edib.

“Mən bir daha Azərbaycan və Ermənistanı dialoqa çağırıram. Ümid edirəm ki, tərəflər arasında beynəlxalq ictimaiyyətin dəstəyi ilə aparılan danışıqlar humanitar böhrana son qoyacaq uzunmüddətli razılaşmaya gətirib çıxaracaq”, – o bildirib.