Cəlilabadda dəhşət: Qardaşlar bir-birini bıçaqladı

Cəlilabadda bıçaqlanma hadisəsi olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon sakinləri – 1989-cu il təvəllüdlü Nemət Ağayev və 1993-cü il təvəllüdlü Qurban Ağayev bıçaq xəsarətləri alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin ehtimala görə, 1989-cu il təvəllüdlü Nemət Ağayev və 1993-cü il təvəllüdlü Qurban Ağayev bir-birini bıçaqlayıblar.

Faktla bağlı araşdırma aparılır.