Sumqayıtda toy qanla bitdi: ər-arvad bıçaqlandı

İyulun 8-i saat 23 radələrində Sumqayıtda yerləşən restoranda bıçaqlanma hadisəsi olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şadlıq saraylarının birində baş verib.

Belə ki, toy məclisində naməlum şəxs xuliqanlıq zəminində şəhər sakini, 1963-cü il təvəllüdlü Yaqub Kərimdurxun və arvadı 1968-ci il təvəllüdlü İradə adlı qadının boyun nahiyəsinə bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.