Çavuşoğlu Quterreşlə nələri müzakirə etdi?

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, danışıq zamanı Əfqanıstandakı son vəziyyət, Ukraynada baş verən proseslər, xüsusilə “taxıl sazişi”, Suriyaya transsərhəd humanitar yardım və BMT Baş Assambleyasının Türkiyənin rəhbərliyi ilə qəbul etdiyi “Sıfır Tullantı” qətnaməsi müzakirə edilib.