Bu partiya da seçkilərdə İlham Əliyevi dəstəkləyəcək

Azad Vətən Partiyası Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə qərar partiyanın Siyasi Şurasının sonuncu iclasında qəbul edilib.

Akif Nağının sədrlik etdiyi partiya qərarı barədə Mərkəzi Seçki Komissiyasına məlumat təqdim edəcək.

Qeyd edək ki, fevralın 7-də keçiriləcək seçkilər üçün 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Daha 8 nəfərin namizədliyinin irəli sürülməsi müzakirə ediləcək.