maas 1 900x600 2

“Maaşlar, pensiyalar, müavinətlər, həkim və müəllimlərin sosial vəziyyəti, hüquq-mühafizə orqanlarında çalışanların əmək şəraiti və digər geniş sosial qrupları əhatə edən məsələlərlə bağlı ayrıca ictimai müzakirələrin keçirilməsi məqsədəuyğundur. Bu istiqamətləri əhatə edən vahid qanun layihəsinin hazırlanması da faydalı ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Elman Nəsirov deyib.

O qeyd edib ki, həmçinin ictimai müzakirələr zamanı səsləndirilən təkliflərin hansı qanun layihələrində öz əksini tapdığının, hansılarının isə nəzərə alınmadığının və qəbul edilmədiyinin ictimaiyyətə açıqlanması çox faydalı olardı:

“Növbəti təklifim isə ictimai müzakirələrin bölgələrdə də keçirilməsi ilə bağlıdır. Çox yaxşı olardı ki, müvafiq komitələrin iştirakı ilə regionlarda da bu cür görüşlər təşkil olunsun. Məsələn, iqtisadi məsələlərlə bağlı rayon və bölgələrdə sakinlərlə görüşlər keçirilsin, sosial məsələlər vətəndaşlarla birbaşa müzakirə olunsun, kənd təsərrüfatı ilə bağlı məsələlər isə fermerlərlə görüşlər çərçivəsində müzakirə edilsin. Beləliklə, qanun layihələri hazırlanarkən yerli əhalinin və konkret sahələrdə çalışan insanların mövqeyini daha dərindən öyrənmək və onların təkliflərini qanunvericilikdə nəzərə almaq mümkün olar”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: