Bu layihənin müzakirəsi tarixi hadisədir – Siyavuş Novruzov

“Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi tarixi hadisədir. Bu gün həmin ərazilərin vaxtilə dəyişdirilməsi ilə əlaqədar addımları da müzakirə edəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, Ağdərənin işğaldan azad edilməsi xalq və dövlət olaraq növbəti uğurumuzdur: “Ağdərə rayonunun yenidən yaradılması tarixi ədalətin təntənəsidir. Onu da qeyd edim ki, 2026-cı ilə qədər 150 mindən artıq insan doğma yurduna qayıdacaq. Azad edilən ərazilərdə bərpa quruculuq işləri bu gün də sürətlə davam edir”.