Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

Globalinfo.az bildirir ki, o bu barədə tviterdə yazıb.

“Qardaş Türkiyənin Bartın şəhərində mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Yaralıların tezliklə sağalmasını, mədəndə dağıntılar altında qalmış insanların qurtarılmasını arzulayırıq. Başın sağolsun, Türkiyə”, – paylaşımda bildirilib.