Leo Doherti İrəvana gəlir

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik və İnkişaf Nazirliyinin Avropa üzrə dövlət katibinin müavini Leo Doherti Ermənistana gələcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Doherti mayın 22-23-də Ermənistanda olacaq.

Onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü nəzərdə tutulub. Bundan sonra birgə mətbuat konfransı keçiriləcək.