rusiya

Ukrayna Qərbin köməyi olmadan iki həftə ərzində təslim olacaq.

Globalinfo.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrel deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Borrelin bu fikirlərinə münasibət bildirib.

“Möhtəşəm etirafdır. Bu da sizin üçün sülh formulu: Ukraynaya silah tədarükünü dayandırmaq lazımdır”, – Zaxarova vurğulayıb.

Qeyd edək ki, Borrell Ukraynadakı münaqişəni necə bitirməyin yolları haqqında danışıb. O bildirib ki, Qərb Kiyevə silah tədarükünü dayandırsa, Ukrayna iki həftədən sonra təslim olmaq məcburiyyətində qalacaq.

Amma Borrell Avropanın bunu istəmədiyini açıqlayıb. Qeyd edib ki, ABŞ-dakı siyasi partiyalar arasında hərbi yardımla bağlı fikir ayrılıqları, eləcə də tədarükün altı aylıq gecikməsi döyüş meydanındakı vəziyyəti qələbədən məğlubiyyətə dəyişmək potensialına malikdir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: