Kadırovdan haqqında yayılan şayiələrə REAKSİYA: “Bunu görməyəcəksiniz”

Kadyrov

Çeçenistan rəhbəri Ramzan Kadırov ölümü ilə bağlı şayiələrə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə respublikanın Nazirlər Kabinetinin nümayəndələri ilə görüşü zamanı deyib.

Kadırov bildirib ki, onun hər iclasda iştirak etməməsi öldüyü anlamına gəlməməlidir.

“Sistem yaxşı qurulubsa, hər gün iclas keçirməyə ehtiyac yoxdur. Zəng etmək və ya göstəriş vermək kifayətdir. Bizdə belə bir sistem var. Tədbirlərə qatılmıramsa, bu, ölmüşəm demək deyil. Bunu görməyəcəksiniz”, – Kadırov vurğulayıb.

Qeyd edək ki, Son aylar mediada və sosial şəbəkələrdə Çeçenistan rəhbərinin səhhətinin pisləşməsi ilə bağlı məlumatlar yayılır.

Əliyar Xəlil

Globalinfo.az