BMT TŞ Qarabağla bağlı iclas keçirəcək

Avqustun 16-sı BMT-nin Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyətlə bağlı iclas keçirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin BMT-dəki Daimi Nümayəndəliyi açıqlayıb.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin “Report”a verdiyi məlumata görə, Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda keçiriləcək bu iclasda iştirak edəcək.

Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan isə öz növbəsində ölkənin XİN başçısı Ararat Mirzoyanın sözügedən iclasda iştirak etmək üçün Nyu-Yorka səfər edəcəyini açıqlayıb.