Bayramovla Mirzoyan Vaşinqtonda görüşə bilər

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Qafqaz üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Globaıinfo.az xəbər verir ki, tərəflər görüş zamanı regionda təhlükəsizlik və sabitliyin qorunması məsələsini müzakirə ediblər.

A.Mirzoyan ABŞ Dövlət Katibi Antoni Blinkenin Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları arasında görüşün keçirilməsi ilə bağlı təklifinə razılıq verib.

Qeyd edək ki,artıq Bakının da Vaşinqton görüşü ilə bağlı müsbət geridönüş etdiyi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Mirzoyanla görüşəcəyi iddia edilir.

Ayşən Mustafa
Globalinfo.az