Bakıda 18, Tərtərdə 32 yaşlı şəxs öldürüldü

Tərtər rayonu ərazisində 32 yaşlı Əliyev Abil Mətləb oğlu kəsici alətlə qətlə yetirilib.

DİN Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcəkdir

***

Sabunçu rayonunda 18 yaşlı gənc qətlə yetirilib.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, hadisə iyunun 14-də rayonun Balaxanı qəsəbəsində qeydə alınıb:

“Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub”.

Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır:

“Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür”.