Qubada oğurluq edənlər azadlıqda gəzir? – DİN-dən reaksiya

Daxili İşlər Nazirliyi Quba sakininin evindən oğurluq edən şəxslərin azadlıqda gəzməsi ilə bağlı iddialara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan Globalinfo.az-a verilən xəbərə görə, məsələ ilə bağlı Quba RPŞ-də zəruri araşdırmalar aparılıb:

“Məlum olub ki, oğurluğu edən həmin şəxsin oğlu Tarverdiyev Zaur Zeynal oğludur. Zaur Tarverdiyev hazırda müvafiq xəstəxanada müalicə olunur. Müalicəsi tamamlandıqdan sonra həmin şəxsin barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.