Balakəndə ağır yol qəzası: ölənlər və yaralananlar var – ADLAR / YENİLƏNİB

Balakəndə minik avtomobillərinin toqquşması zamanı xəsarət alan və vəfat edən şəxslərin adları məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, onların müalicəsi Balakən Rayon Mərkəzi Xəstəxanasında davam edir.

 

Həmin şəxslərin adı aşağıdakı kimidir:

İlkin Məhəmməd oğlu Hetayev (1986);

Hafiz Rövşən oğlu İsmayılov (1999);

Nizaməddin Teyubhacı oğlu İsmayılov (1956);

Gülarə Dadaş qızı İsmayılova (1960);

Gülarə Piriyeva (Təvəllüdü məlum deyil).

Şambul kənd inzibati ərazisində baş verən qəzada 1974 təvəllüdlü Şərif kənd sakini Elayev Şaban Cuma oğlu, 1997 təvəllüdlü Hənifə kənd sakini İsmayılova Günay Rövşən qızı vəfat edib.

***

Balakəndə iki avtomobil toqquşub, ölənlər və yaralananlar var.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Globalinfo.az-a verillən məlumata görə, hadisə bu gün noyabrın 29-da aaat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində qeydə alınıb.

Belə ki, Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi iki “Mersedes” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobildə biri olmaqla iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.