Bakının mərkəzində “patı” satan saxlanıldı – VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Bayıl qəsəbəsində bir nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlərlə həmin şəxs, 30 yaşlı Məhəddin Hüseynov saxlanılıb.

Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 31 büküm psixotrop maddə metamfetamin (patı) və narkotik vasitə heroin aşkarlanıb.

Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. M.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

Bakının mərkəzində "patı" satan saxlanıldı - VİDEO

Bakının mərkəzində "patı" satan saxlanıldı - VİDEO