Paytaxtın Binəqədi rayonunun Xutor qəsəbəsində qadınlara və uşaqlara qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən şəxs ələ keçib.

Globalinfo.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, polis tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində Ülvi Mikayılov saxlanılıb.

***

Paytaxtın Binəqədi rayonu, Xutor qəsəbəsində manyakın peyda olduğu iddia edilir.

Globalinfo.az oxu.az-a istinadla xəbər verir ki, onun qadınlara və uşaqlara yaxınlaşaraq əxlaqsız hərəkətlər etdiyi bildirilir.

Hətta həmin şəxsin qadınları vurduğu, onların çantasını götürməyə çalışdığı da iddia olunub.

Polis məsələdən məlumatlıdır. Onun şəxsiyyəti müəyyən olunub. Həmin şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Paylaş: