Bakıda lüks həyat yaşayan 22 yaşlı gəncin ŞOK ƏMƏLLƏRİ

Bir neçə il əvvəl tanınmış teleaparıcı Aytən Səfərovanın adından istifadə edərək Abşeron rayonu Qobu qəsəbəsində əhalidən pul toplayan 2000-ci il təvəllüdlü Naim Nuriyev həbs edilib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, həmin vaxt yetkinlik yaşına çatmadığı üçün məsuliyyətdən kənar qalan Naimin 2020-2022-ci illərdə çoxsaylı insanlara qarşı dələduzluq etməsi üzə çıxıb. O, müxtəlif adlarla və vasitələrlə aldatdığı 10-dan artıq şəxsə külli miqdarda pul atıb. Bəzi hallarda özünü polis zabiti və vəzifəli şəxs kimi təqdim edən Naim Nərimanov polisi tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-c2 (dələduzluq təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla) maddələri ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, Naim Abşeron rayon sakinindən Xırdalan şəhərində yerləşən mağazasının məhkəmə qərarı ilə sökülmüş 27 kv hissəsinin kompensasiyasının ödənilməsi, həmin mağazanın 8 kv söküləcək hissəsinin qarşısının alınması, və həmin şəxsin bacısı oğlunun həbsdən azad etdirəcəyini yalandan vəd edərək etibardan sui-istifadə etmklə ondan 27 sentyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində hissəhissə olmaqla müxtəlif miqdarlarda Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən ərzaq mağazasında 18800 manat və 5000 manat dəyərində qızıl-zinyət əşyası alıb.

Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə daha bir şəxsdən onu Nərimanov rayon polis idarəsinə sürücü vəzifəsinə işə düzəldəcəyini yalandan vəd edərək 24 yanvar 2021-ci il tarixdə 4.500 manat pul alaraq ələ keçirib.

Bundan başqa Naim daha bir şəxsin Tap.az elan saytında yerləşdirilmiş mobil telefonunu almaq istəyində olduğunu bildirib, pulunu evdən götürüb gələcəyini yalandan vəd edib, 17 mart 2021-ci il tarixdə 1700 manat dəyəri olan «İphone11 Pro» modelli telefonunu alaraq evə gedib və qaçaraq yoxa çıxıb.

Bundan başqa o, daha 5 şəxsin Tap.az elan saytında yerləşdirilmiş mobil telefonu almaq istəyində olduğunu bildirib, pulunu evdən götürüb gələcəyini yalandan vəd edərək həmin şəxslərə məxsus «İphone11 Pro Max» və “Samsung” modelli telefonlarını da aldatma yolu ilə ələ keçirib.

Bundan başqa təqsirləndirilən şəxs tanış olduğu şəxsə “Kapital Bank”da girovda olan “Chevrolet Cruze” markalı avtomobili ucuz qiymətə alınmasında köməklik göstərəcəyini yalandan vəd edib, 14 aprel 2021-ci il tarixdə ondan 8.000 manat pul alıb və sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Araşdırmalar zamanı Naimin dələduzluq yolu ilə əldə etdiyi telefonları başqa şəxslərə məxsus şəxsiyyət vəsiqələri ilə mağazalara satıb pul əldə etməsi məlum olub.

O, cinayət yolu ilə əldə etdiyi pullar hesabına Nərimanov rayonunda yerləşən hotəldə gecələyib və tez-tez icarəyə avtomobillər götürərək lüks həyat yaşayıb.

Məhkəmədə Naim törətdiyi əməlləri qismən etiraf edib. O, bəzi hallarda dostu Nihatla birgə hərəkət etdiyini deyib.

Nərimanov rayon Məhkəməsinin 28 yanvar tarixli hökmü ilə 22 yaşlı Naim 3 il 6 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Malik
Globalinfo.az