Bakıda işləyənlər nə qədər maaş alır?

Bakıda çalışanların orta aylıq maaşı açıqlanıb.

Bakı Şəhəri Statistika İdarəsidən Globalinfo.az-a verilən məlumata görə, 2024-cü ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı artıb.

Belə ki, paytaxtda orta aylıq maaş 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 1177,8 manat təşkil edib.