Bakıda dəhşətli hadisə: Ər arvadını bıçaqladı

Bakının Sabunçu rayonunda ailə məişət zəminində bıçaqlanma olub.

Globalinfo.az “APA” xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1986-ci il təvəllüdlü Tapdıqova Təranə Gülverdi qızı həyat yoldaşı ilə dava edib.

Dava zamanı T.Tapdıqova bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.