zelenski 1 900x506 2

Britaniyanın “The Times” qəzeti Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın neft emalı zavodlarına hücumları müvəqqəti dayandırmağa çağırıb. Nəşrin fikrincə, bu addım Kiyevlə Vaşinqton arasında münasibətlərin daha da gərginləşməsinin qarşısını ala bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə qəzetin redaksiya məqaləsində bildirilib.

Məqalədə vurğulanır ki, Rusiyanın enerji infrastrukturuna hücumların davam etdirilməsi Ukraynanın ABŞ ilə münasibətlərinə mənfi təsir göstərir.

Nəşrin redaksiya heyəti Zelenskiyə ABŞ Prezidenti Donald Trampın mövqeyini nəzərə almağı tövsiyə edib. Tramp daha əvvəl Ukraynanın bəzi addımlarından narazılığını dilə gətirib.

“The Times” hesab edir ki, Ukrayna rəhbərliyi bu yanaşmanı dəstəkləməsə belə, Rusiyanın enerji obyektlərinə hücumların müvəqqəti dayandırılması məqsədəuyğun addım ola bilər.

Məqalədə əsas diqqət ABŞ ilə Ukrayna arasında əməkdaşlığın qorunub saxlanılmasının vacibliyinə yönəldilib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: