Bakıda bu bölməyə yeni rəis təyin olundu

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə yeni rəis təyin olunub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Süleyman Abbasov təyinat alıb.

Qeyd edək ki, bir müddət öncə 14-cü Bölmənin rəisi Tural Məşədiyev işdən çıxarılaraq sərəncama götürülmüşdü.