Bakıda bank sistemində problem: kartlarla ödəniş dayandı

Ölkədə mağazalara bank kartları ilə ödəniş etmək hazırda mümkün deyil.

Globalinfo.az xəbər verir ki, mağazadan alış-veriş edənlər kartla ödəniş həyata keçirə bilmirlər və bu da bəzi çətinliklər yaradır.

Alıcılar ya bankomatlardan pulu nağdlaşdırmağa məcbur olur, ya da aldıqları məhsulu, hətta ərzağı belə geri qaytarırlar.

Kartla ödəniş sisteminin çökməsinin səbəbi bəlli deyil.