
“Barselona”nın müdafiəçisi Xavi Espart Bakıda “Sabah”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının oyununda meydana çıxa bilməyəcək.
Globalinfo.az xəbər verir ki, Kataloniya klubunun rəsmi məlumatına əsasən, 19 yaşlı futbolçuda sağ topuğun sindesmoz nahiyəsinin zədələnməsi aşkarlanıb.
Espart La Liqanın X turunda “Real Madrid”ə 1:2 hesabı ilə uduzduqları matçda zədələnib. Müdafiəçinin təxminən yeddi həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Əliyar Xəlil,