Azərbaycanla Bolqarıstan arasında bu məsələlər müzakirə olundu

c6172b50 43c8 35f4 9fdb c8c6b4acb24d 850

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Bolqarıstan parlamentinin Xarici Siyasət Komitəsinin sədri Yordanka Fandakova ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Bolqarıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və iki ölkə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.