İrəvan kəndlərin qaytarılmasına razılaşıb, lakin… – Xoşagəlməz məqam

Nikol Paşinyan ötən həftə Ermənistan parlementinin üzvləri ilə keçirdiyi görüşdə Qazaxın kəndlərinin Azərbaycana təhvil verilməsindən danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında keçirilən ikitərəfli görüşdə də Qazaxın kəndləri məsələsi müzakirə olunub. Lakin Ermənistanın Baş nazirinin deputatlarla görüşdə Naxçıvanın Kərki kəndinin hələ ki bu siyahıya aid olmadığını dediyi iddia olunur.

Məlumata görə, Azərbaycanın ilk növbədə qaytarılmasını tələb etdiyi 4 kənd var: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı.

Kəndlərin yerləşdiyi Tavuş rayonunun rəhbəri Ayk Qalumyan da onların Azərbaycana məxsus olduğunu etiraf edib.

“Hraparak” yazır ki, Paşinyan 4 kəndin qaytarılmasına artıq razılaşıb.

Həmçinin, Bakının tələb etdiyi kənd sayı 8 olsa da, niyə 4 kəndin qaytarılmasının nəzərdə tutulduğu hökumətdə suallar doğurub. İddia edilir, rəsmi İrəvan adıçəkilən 4 kəndin Azərbaycana qaytarılmasını coğrafi mövqe baxımından Ermənistan üçün təhlükə hesab etmir.

Ayşən Mustafa
Globalinfo.az