Grigori Khachaturov

Ermənistan ordusunun Baş Qərərgahının keçmiş rəhbəri, həbsdə olan erməni general Qriqori Xaçaturovla bağlı yeni məlumat yayılıb. 

Globalinfo.az xəbər verir ki, Ermənistan KİV-ləri Xaçaturovun “Vardaşen” həbsxanasından buraxıldığını yazıb.

Məlumata görə, erməni general barəsindəki həbs qərarı dəyişdirilib, o, girov qarşılığında azadlığa çıxıb. Lakin Xaçaturov inzibati nəzarət altında saxlanılacaq.

Xatırladaq ki, Q.Xaçaturova müharibə zamanı mövqelərindən geri çəkilmək əmr edilsə də, o, Azərbaycana qarşı döyüşməyə davam edəcəyini bildirib. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sabiq baş katibi vəzifəsini icra etmiş erməni general Nikol Paşinyanı istefaya səsləyə, ona qarşı çıxan şəxslərdən olub. Daha sonra haqqında həbs qərarı çıxarılıb. Q,Xaçaturov Rusiyanın Ermənistandakı əsas adamlarından, hətta orduda əsas nümayəndələrdən hesab edilir. Onun barəsindəki qərarın dəyişdirilməsi ciddi müzakirələrə səbəb olub.

Əliyar Xəlil
Globalinfio.az 

Paylaş: