azedu.az azedu.az 141794401 3383516428424565 2970478996481759010 n 226 938

Müddətsiz müqavilə ilə işləyən bütün müəllimlər, sinif rəhbərləri, UBR, psixoloq, kitabxana müdiri, laborantlar 29, 30, 31 yanvar tarixlərində işdə olmalıdır.

Bu sözləri Globalinfo.az-a təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, müəllimlər üçün tətil anlayışı yoxdur:

“Müəllim və işçilər üçün iş günü olmayan günlər əmək məzuniyyəti dövrü, istirahət günləri, iş günü sayılmayan bayram günləri, Ümumxalq hüzn günü və seçki günləridir. Tətil günlərində müəllimlərin iş saatının uçotu aparılır.

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Kamran Əsədov

6 günlük iş rejimi ilə işləyən müəllimlər tətil günlərində 6 saat, 5 günlük iş rejimi ilə işləyən müəllimlər gündə 7 saat məktəbdə iş yerində olmalıdırlar”, – K.Əsdov deyib.

Qeyd edək ki, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başlayıb, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir və ikinci yarımilin ilk dərs günü isə 1 fevralda olacaq.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: