Azərbaycan Ordusu Zəngəzura girsə… – İranlı ekspertdən ŞOK

“Bakı Sünik vilayətində (Zəngəzurda – red.) hansısa addım atmağa cəhd edərsə, bu, mütləq İrana zərər verəcək və Tehran susmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu iranlı beynəlxalq məsələlər üzrə ekspert Mehdi Xorsandi deyib.

“Cənubi Qafqazdakı hadisələr Azərbaycan və Ermənistandan daha geniş çərçivədə müzakirə edilməlidir. Çünki Türkiyə, Rusiya və İran kimi regional oyunçular, həmçinin Fransanın başçılıq etdiyi Avropa İttifaqı, İsrail və ABŞ da bu hekayədə yer alır. Onların hər birinin öz rolu var. Türkiyə isə Naxçıvan və Ermənistanın cənubu vasitəsilə Azərbaycanla qurudan əlaqə yaratmaq istəyir”, – M.Xorsandi bildirib.